CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 7-də 128,71
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,93
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 126,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 10,07 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
95,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 10,39
dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 130,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
9,82 dollar/barel çoxdur.
Twitter: agdzhaev