Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
AzerTimes xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barrelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).
2023-cü ildə ÜDM-in real ifadədə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Orta illik inflyasiyanın isə cari ildə 10,4 % (əvvəlki proqnoza (6,9 %) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.