Xəbər - Zeyni Cəfərov, Orxan Nəbiyev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 22-də 56,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel azdır.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 55,22 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,54 dollar/barel azdır.