Xəbər - Zeyni Cəfərov, Orxan Nəbiyev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 56,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 55,76 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.