Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 26-da 73,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,91 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,86 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,88 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 73,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 8,99 dollar/barel azdır.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)