Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 9-da 76,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 77,01 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)