Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 23-də 61,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel azdır.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 61,89 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.