Azərbaycan nefti gedərək bahalaşmağa davam edir

Azərbaycan nefti gedərək bahalaşmağa davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,78 ABŞ dolları, yaxud 1,78% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,72 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.