Azərbaycan nefti cüzi ucuzlaşıb

Xəbər - Zeyni Cəfərov – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 65,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 65,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: