Xəbər - Zeyni Cəfərov – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 21-də 75,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 73,19 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel azdır.
Twitter: @jafarov_zeyni
(Tərcümə: Orxan Nəbiyev)