CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 109,11
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,48
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 107,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 6,46 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,45
dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 105,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
6,83 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)