CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti aprelin 26-da 106,72
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,62
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 105,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 4,72 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
65,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,77
dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 102,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
4,68 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)