Xəbər - Zeyni Cəfərov, Orxan Nəbiyev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 67,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,95 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,06 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 67,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,92 dollar/barel çoxdur.