Xəbər - Sədrəddin Ağcayev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 4-də 68,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,4 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 69,24 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)