CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 118,78
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08
dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 116,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,67 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
85,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,09
dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 120,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
0,39 dollar/barel çoxdur.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)