Xəbər - Zeyni Cəfərov, Orxan Nəbiyev – Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 56,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.
Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 55,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.