Xəbər - Fidan Babayeva – Trend:
2021-ci il yanvar-aprel aylarında Azərbaycan 10,737 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Azərbaycan hesabat dövründə 4,353 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin eyn dövrü ilə müqayisədə 9,7 faiz azdır.
Eyni zamanda, neft məhsullarının ixracı 388 311 ton təşkil edib ki, bu da 2020-ci il yanvar-aprel ayları ilə müqayisədə 10,7 faiz az olub.
(Tərcümə Orxan Nəbiyev)