Azərbaycan neft ixracını artırıb

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci il yanvar-fevral aylarında Azərbaycan 5,694 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 2,044 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin eyn dövrü ilə müqayisədə 25 faiz azdır.

Eyni zamanda, neft məhsullarının ixracı 123 572 ton təşkil edib ki, bu da 2020-ci il yanvar-fevral ayları ilə müqayisədə 18,5 faiz az olub.

Teqlər: