Azərbaycan neft ixracından gəlirlərini əhəmiyyətli dərəcədə artırıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 9,48 milyon ton
xam neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 11,6 faiz azdır.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 4,353 milyard dollar məbləğində xam
neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-aprel
ayları ilə müqayisədə 1,5 dəfə çoxdur.

2022-ci ilin yanvar-aprel aylarında neft və neft məhsullarının
ixracının Azərbaycanın ümumi ixracında payı 55,35 faiz təşkil
edib.

(Tərcümə Orxan Nəbiyev)

Teqlər: