Azərbaycan Naxçıvana dotasiyaları artıracaq

Gələn il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyalar 2021-ci illə müqayisədə 14 faiz artaraq 431,6 milyon manata bərabər olacaq.

Trend-in məlumatına görə, bu barədə “2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Qeyd edək ki, 2021-ci il dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasına dotasiyalar 378,13 milyon manat həcmində nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.


Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: