Noyabrın 19-da NATO-nun mənzil-qərargahında xeyriyyə (charity bazaar) tədbiri keçirilir.
AzerTimes xəbər verir ki, Azərbaycanın NATO yanında nümayəndəliyi tədbirdə fəal iştirak edir. Azərbaycana aid stendlərdə ölkəmizin istehsalı olan müxtəlif məhsullar və mətbəximizə məxsus təamlar təqdim olunur.
Azərbaycan stendləri “Savalan” şirkətinin sponsor dəstəyi sayəsində ərsəyə gəlib.