Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub – Tamam Cəfərova

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı və Cənab Prezident İlham Əliyevin suallara yüksək peşəkarlıqla veridiyi cavablarla yadda qaldı. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış, erməni vandadliziminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olunmasında başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllrini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu. Azərbaycanın Cənabi Qafqaz regionunda yaratmış olduğu yeni reallıq, eləcə də, münaqişədən sonra yaranmış inkişaf və əməkdaşlıq imkanlarının da müzakirə olunduğu bu konfrans ölkəmizin sülhsevər, humanist və əməkdaşlığa açıq mövqeyinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AzerTimes-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, dünya ictimaiyyəti Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra yaranmış reallığa uyğun mövqeyimizlə bir daha tanış oldu: “Cənab Prezident indiki mövcud vəziyyət və Azərbaycan tərəfinin yaratdığı yeni reallıqlar, bölgədə uzun müddətli sülhün, əmin-amanlığın, müharibə risklərinin minimuma endirilməsinin həyata keçirilməsi o cümlədən, yeni əməkdaşlıq platformalarının yaradılması, kommunikasiyaların açılması və bölgə ölkələrinin inkişafı ilə bağlı mövcud vəziyyəti geniş təhlil etdi”. Qeyd olundu ki, Azərbaycanın qazandığı Qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb, yaranmış vəziyyətə uyğun olaraq Azərbaycan yeni əməkdaşlıq platforması təklif etdir və bu platformaya uyğun olaraq 10 noyabr üçtərəfli bəyanata uyğun addımlar atır”. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcədə beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir.

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq körpülərinin yaranması üçün konstruktiv mövqe sərgilənməlidir. Ermənistandan fərqli olaraq, Azərbaycanın hər zaman bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyinı və həmişə beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdırdı. Cənab Prezidentin sözləri ilə desək, “azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Bu istiqamətdə iş aparmaq məqsədilə burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə qarşı tərəfdən hər hansı mesaj almamışıq. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir. Əməkdaşlıq körpülərinin qurulması üçün Ermənsitan tərəfi özünün yaratdığı ideoloji doqmalarından əl çəkməlidir”.

Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub.

Teqlər: