Ağdam. Alpər Ziya – Trend:
Biz burada barbarlıq və bir çox insanlıq cinayətlərinin bir-birinə qarışdığı bir səhnə gördük. Hər şeydən öncə, nə qədər böyük bir zəfər qazanıldığını gördük. Qarabağ zəfərimiz mübarək olsun dedik, bunu ürəyimizdə hiss etdik.
Bunu Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdama səfəri zamanı AzerTimes-a amıqlamasında deyib.
O bildirib ki, gözəl, şən və içərisində bir çox gözəllikləri əks etdirən bir şəhər bu gün tamamilə məhv edilib: “Ağdam barbarlıqla tarimar olunub. Şəhərdən geriyə heç nə qalmayıb. Bu 30 illik müddətdə burada sadəcə Ermənistanın zülmləri qalıb. Nə yazıq ki, bütün bu insanlıq əleyhinə cinayətlər dünyanın gözü önündə olub. Azərbaycan bununla bağlı səsini bütün dünyaya çatdırmağa çılşıb, bu müddətdə Türkiyənin də Azərbaycana əlindən gələn bütün dəstəyi verməyinə rəğmən, nə yazıq ki, bu zülmlər burada yaşanmışdır”.
F.Altun vurğulayıb ki, bu gün Qarabağ zəfəri ilə əlaqədar yeni bir dönəm başlayıb. Bu dönəmi sadəcə Azərbaycan üçün deyil, bölgənin geopolitikası baxımından da çox önəmlidir: “Burada sülhün təmini və davamlı hala gətirilməsi üçün ciddi səylər göstərmək bütün dünyanın boynunun borcudur. Biz bu məsələdə ən başından bəri ciddi səylər göstərdik, bundan sonra da göstərməyə davam edəcəyik. Digər tərəfdən də bölənin inkişafı üçün atılması vacib olan addımlar var, biz Türkiyə olaraq bu prosesin içərisində yer alacağıq. Xüsusən də türk dünyasının burada daha da sıx şəkildə hərəkət etməsi lazım olan bir dönəmdə əsla bu bölgəmizdən türklüyün, İslamın ortadan qaldırılması ilə bağlı heç bir cəhdə icazə verməməliyik”.
Türkiyə rəsmisi əlavə edib ki, Azərbaycan müharibə dövründə çox böyük bir qəhrəmanlıq sərgilədi: “Bir hər zaman qardaşlarımızın yanındayıq. Bir daha Qarabağ zəfərimiz mübarək olsun!”.