Azərbaycan minatəmizləyənləri Türkiyədə 2 həftəlik kursu uğurla başa vurublar (FOTO)

Azərbaycan Ordusunun 23 əsgəri İzmirdə 2 həftəlik Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) kursunu uğurla başa vurub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Məlumatda deyilir: “Azərbaycana yola salınan qardaşlarımız Ermənistana qarşı böyük qələbə qazandıqları Dağlıq Qarabağda ərazilərin mina və sursatlardan təmizləməsi işini icra edəcəklər”.

Teqlər: