Azərbaycan millisinin kapitanı müəyyənləşdi

Azərbaycan millisinin kapitanı müəyyənləşdi

Latviya yığması ilə keçirəcəyi yoldaşlıq görüşündə futbol üzrə Azərbaycan millisinin kapitanı müəyyənləşib.

AzerTimes Teleqraf-a istinadla xəbər verir ki, bu barədə millinin baş məşqçisi Fernandu Santuş məlumat verib.

“Mən mətbuat konfransından getməmişdən qabaq bu suala cavab verəcəkdim. Əlbəttə, ilk “11-lik”də yer alacağı təqdirdə, kapitan Emin Mahmudov olacaq. Penalti də olsa, yenə Emin Mahmudov vuracaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, iyunun 10-da Riqadakı “Skonto” stadionunda keçiriləcək Latviya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Teqlər: