Azərbaycan millisində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb

Xəbər - Fərid Zöhrabov – Trend:

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında kütləvi yoluxma qeydə alınıb.

Trend xəbər verir ki, komandada 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb.

Həmin futbolçular bunlardır: Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov. Yoluxan məşqçi isə Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovdur.

Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub.

Qeyd edək ki, U-18 komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli idi.

Teqlər: