21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.
AzerTimes xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.
İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Ukrayna 15 xalla liderdir. U-21 millimiz 3 xalla beşinci pillədə qərarlaşıb.