Martın 27-də futbol üzrə Qətər və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
AzerTimes-ın məlumatına görə, Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionundakı qarşılaşma Qətərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız matçın 16-cı dəqiqəsində Ramil Şeydayevin penalti zərbəsi ilə hesabı açıb. Bu, forvardın yığmada 6-cı qolu olub.
İkinci hissədə rəqib komandasının heyətində Hassan al-Haydos dübl edərək öz komandasına qələbə qazandırıb.