Azərbaycan millisi Macarıstana uduzdu

Azərbaycan millisi Macarıstana uduzdu

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

AzerTimes xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”da baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın qolunu Renat Dadaşov (7) vurub. Macarların heyətində isə Barnabaş Varqa (5) və Dominik Soboslai (33) fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Teqlər: