Bu gün Azərbaycan millisi ilə Kipr yığması qarşılaşacaq

Bu gün Azərbaycan millisi ilə Kipr yığması qarşılaşacaq

Bu gün (13 Oktyabr) Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Albaniyanın Elbasan şəhərində Azərbaycan və Kipr milliləri qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da “Elbasan Arena” stadionunda başlayacaq.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.