19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçını keçirib.
AzerTimes xəbər verir ki, millimiz Bosniya və Herseqovina seçməsi ilə qarşılaşıb.
Tərəflərin səylərinə baxmayaraq qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, U-19 noyabrın 18-də Niderland, 21-də Lüksemburqla görüşəcək.