Xəbər - Sədrəddin Ağcayev – Trend:
Gələn həftə Türkiyənin Maliyyə idarəsi ilə Azərbaycan Mərkəzi
Bankı arasında Azərbaycanda yüksək texnologiyalar və
rəqəmsallaşmanın inkişafı ilə bağlı memorandumun imzalanması
gözlənilir.
Trend-in
məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov
deyib.
Onun sözlərinə görə, bu memorandum çərçivəsində sığorta
bazarının və kapital bazarının rəqəmsallaşması sahəsində Türkiyə
təcrübəsinin Azərbaycanda tətbiq olunması məsələləri müzakirə
olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan və Türkiyə qiymətli
kağızların qarşılıqlı ticarətinin təşkil olunması barədə razılıq
əldə edib. Razılığa əsasən, İstanbul Fond Birjasının qiymətli
kağızları Bakı Fond Birjasında, Azərbaycanın qiymətli kağızları isə
Türkiyədə alınıb satılacaq.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)