Xəbər - Ceyhun Ələkbərov – Trend:
Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan şirkətləri məhsullarını “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edirlər.
AzerTimes-ın məlumatına görə, dünya ölkələrinin 150 yeni şirkətlərinin qatıldığı sərgidə Azərbaycanda 10 şirkət məhsullarını burada nümayiş etdirir. Epidemiloji vəziyyəti nəzərə alaraq sərgiyə online şəkildə qaıtlan şirkətlər də mövcuddur.
Qeyd edək ki, ötən gün açılışı olan sərgi aprelin ayının 2-dək davam edəcək. Azərbaycan artıq ikinci dəfədir ki, “MosBuild” beynəlxalq inşaat və tikinti materialları sərgisində təmsil olunur.
Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.