Xəbər - Fərid Zöhrabov – Trend:
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerli Ticarət Palatasının
təşkilatçılığı ilə fevralın 22-26-da keçirilmiş beynəlxalq sərgidə
20-dən çox ölkə, o cümlədən Azərbaycan məhsulları nümayiş
olunub.
KOBİA-dan
Trend-ə verilən məlumata görə, Agentliyin dəstəyi ilə 8
sahibkarlıq subyektinin zəfəran və bal məhsulları, qurudulmuş
meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və
s. məhsulları təqdim edilib.
Həmçinin sərgidə KOBİA-nın yerli və xarici iş adamlarına
göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.