“Made in Azərbaijan” brendi ilə istehsal edilən məhsullarımız Çinin Tiencin şəhərində keçirilən “2021 Haihe İnternational Consumption Summit&Carnival” beynəlxalq istehlak sərgi-yarmarkasında nümayiş etdirilib.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a bildirilib ki, Çinin iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə qida və kənd təsərrüfatı məhsullarımız vahid ölkə stendində təqdim olunub. Sərgi-yarmarka iştirakçıları Azərbaycan məhsullarına böyük maraq göstərib.
Qeyd edək ki, “JD.com”un təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkada yalnız bu platformada onlayn ticarət evi olan ölkələr iştirak edir. “JD.com”da onlayn Azərbaycan Ticarət Evi yaxın zamanlarda fəaliyyətə başlayacağı üçün yarmarkada vahid ölkə stendimiz qurulub.