Azərbaycan məhsulları beynəlxalq sərgidə təmsil olunur (FOTO)

Çinin Urumçi şəhərində Çin-Avrasiya Sərgisi öz işinə başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bu il onlayn formatda keçirilən sərgidə ölkəmiz “fəxri qonaq” statusunda iştirak edir.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə ölkəmizin Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə vahid ölkə stendində 25 Azərbaycan şirkəti 200-dən çox çeşiddə məhsulla təmsil olunur. Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalçalarımız da nümayiş edilir, ölkəmizin biznes və investisiya mühiti, tranzit-nəqliyyat potensialı və turizm imkanları təqdim olunur.

Sərgi avqustun 29-dək davam edəcək.

Tədbir çərçivəsində onlayn forum və ikitərəfli görüşlər keçiriləcək.

Teqlər: