Azərbaycan mədəni-tarixi ənənələrini bərpa edir – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının
qürur ünvanıdır. Qarabağın incisi Şuşa 2023-cü ildə “Türk
Dünyasının Mədəniyyət Paytaxtı” olmaq kimi müstəsna missiyanı da
şərəflə yerinə yetirəcək.

Bu gün isə Şuşada “Xarıbülbül” Musiqi Festivalı dünyanı başına
topladı… Mədəniyyət paytaxtımızda keçirilən “Xarıbülbül” Musiqi
Festivalında müxtəlif ölkələrin folklor kollektivləri də çıxış edir
və bir daha Azərbaycanın mədəniyyət paytaxtından bütün dünyaya
dostluq, qardaşlıq və sülh mesajı verirlər…

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Şuşa beynəlxalq müsiqi festivalı –
Azərbaycan mədəni-tarixi ənənələrini bərpa edir” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları – Şuşa İH başçısının müavini Vüsalə Fətəliyeva, Milli
Məclisin deputatları Elşad Mirbəşiroğlu və Ramil Həsən mövzu
ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: