Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 719 milyon ABŞ dolları, Ukraynaya 345,1 milyon dollar, Belarusa isə 87,8 milyon dollar olub.