Urmiya şəhərində nümayiş etdirilən, Azərbaycan mahnı və rəqsinə görə səhnədən yarımçıq yığışdırılan “Şəhriyar” tamaşasının müəllifi, rejissor Vəli Lütfduxtun fəaliyyətinə 3 illik qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Əlirza Novruzi açıqlama verib.
“Tamaşa iki gün (20-21 iyun) səhnədə olacaqdı. Ancaq tamaşanın ilk günü aktyorların səhnədə oynaması və mahnı oxumasına görə onun yığışdırılmasına qərar verildi”, – Novruzi bildirib.
Qeyd edək ki, Məhəmməd Hüseyn Şəhriyarın həyatından bəhs edən “Şəhriyar” tamaşası Urmiyanın “Şəms” salonunda səhnəyə çıxarılmışdı.