Azərbaycanın Livandakı səfirliyinə qarşı törədilən hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Azərbaycan XİN Livanın Xarici İşlər Nazirliyinə nota təqdim edib, aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
Bu barədə AzerTimes-a XİN-dən bildirilib.
Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.