Azərbaycan lazımı miqdarda vaksin alır – Teymur Musayev

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan COVID-19-a qarşı lazımı miqdarda vaksin alır.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda panel müzakirələr zamanı deyib.

Nazirin birinci müavini qeyd edib ki, 18 yanvar tarixindən etibarən vaksinasiya davam edir, əhalinin 18 yaşdan yuxarı hissəsinin 60 faizi iki doza peyvəndlənib.

T.Musayev əlavə edib ki, pandemiyanın birinci günundən etibarən COVID-19 ilə mübarizədə səmərəli işlər görüb: “Çarpayıların sayı 50 minə çatıb. Süni nəfəs aparatları gətirilib”.

O qeyd edib ki, peyvənd millətçiliyi hələ də yürüdülür:

“Pandemiya bizə çox dərs verdi və biz bunlardan nəticə çıxarmalıyıq. Bu dərslərdən biri ilk olaraq məlumatlarda şəffaflıq olmasıdır. Pandemiya ilə bağlı məlumatlarda şəffaflıq belə bir qlobal problemin qarşısını ala bilər”

Teqlər: