Xəbər - Fərid Zöhrabov – Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz
Neft Donanmasına məxsus 2500 ton yükqadırma qabiliyətinə malik
“Azərbaycan” kran gəmisinin əsaslı təmiri uğurla başa çatıb.
ASCO-dan Trend-ə
verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan
təmir çərçivəsində baş mühərriklərin yağ və su soyuducuları,
nasoslar, hava balonlarının armaturları, mexanizmlərin dəniz suyu
ilə soyutma və yağ sistemlərinin boru xətləri, çirkab su boru
sistemləri təmir olunub. Elektrik avadanlıqlarında yaranmış
nasazlıqlar aradan qaldırılıb, çirkab su çənləri tam təmizlənib, 30
və 400 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq
işləri aparılıb. Helikopter meydançasının qoruyucu torları üzərində
quraşdırılmış borular yenisi ilə əvəzlənib. Suüstü sahələr və baş
göyərtə təmizlənərək rənglənib.
Məlumata görə, gəmi tərsanəyə qaldırılaraq avar və sükan
qurğlarınınn hidravlik idarəetmə sistemləri təmir olunub. Sınaq
yoxlama işlərindən sonra “Azərbaycan” kran gəmisi suya
buraxılıb.