Azərbaycan Koroşinin başlatdığı kampaniyaya qoşuldu

Azərbaycan Koroşinin başlatdığı kampaniyaya qoşuldu

Azərbaycan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşinin başlatdığı gender bərabərliyinə dəstək kampaniyasına qoşulub.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, BMT-yə üzv dövlətlərdən Azərbaycan, Bolqarıstan, Danimarka, Salvador, Estoniya, Macarıstan, İtaliya, Latviya, Maldiv adaları, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Toqo Assambleya prezidentinə dəstəklərini nümayiş etdiriblər:

“BMT-dəki Daimi Nümayəndəliklərin əməkdaşları gender bərabərliyinin təşviqi və cinsi zorakılığın qarşısının alınması üzrə BMT-nin təlimini başa çatdırmağı öhdələrinə götürüblər”.

Teqlər: