Xəbər - Samir Əli – Trend:
55 yaşım var, indi vaksinasiya olundum və özümü yaxşı hiss edirəm.
Bunu AzerTimes-a açıqlamasında Azərbaycan İslahatlar Partiyasının sədri Arzuman Əlizadə deyib.
O bildirib ki, partiyadan 4 nəfər bu gün vaksinasiya olunub: “Bir ildən artıqdır ki, gözəgörünməz düşmənlə üz-üzəyik. Koronavirus dünya düzənini dəyişib. Vaksinin əldə olunması böyük nailiyyətdir və Azərbaycan ilk ölkələrdəndir ki, peyvəndi kütləvi tətbiq edir. Biz də siyasi partiyalar olaraq bunu təbliğ etməyə qoşulduq”.