Xəbər - Cani Babayeva – Trend:
Azərbaycanın qrup hərəkətlərində komandası bu gün Yaponiyanın Kitaküsü şəhərində keçirilən bədii gimnastika üzrə 38-ci Dünya Çempionatının iki finalında iştirak edib.
AzerTimes-ın məlumatına görə, qrup hərəkətlərində komandamızın heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina yer alıblar.
Beş topla hərəkətlərdə komandamız 38.050 bal toplayaraq altıncı yeri tutub. Üç halqa və iki cüt gürz ilə hərəkətlərdə isə komandamız 38.750 balla altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, bədii gimnastika üzrə 38-ci Dünya Çempionatı 27-31 oktyabr tarixlərində Yaponiyada keçirilir.