Azərbaycan komandası İsveçrədə polo üzrə dünya kubokunun qalibi oldu

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunda Azərbaycan komandası birincilik əldə edib.

AzerTimes xəbər verir ki, nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Land of Fire” komandası təmsil edir.

Bu gün keçirilən həlledici görüşdə rəqib Fransanın “Clinique La Prairie” komandasına 6:2 hesabı ilə qalib gələn Azərbaycan komandası ilk dəfə sözügedən turnirin qalibi olub.

Teqlər: