Azərbaycan komandası İsraildə keçirilən bədii gimnastika üzrə Qran Pridə bürünc medal qazandı

Xəbər - Cani Babayeva – Trend:

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Tel-Əvivdə (İsrail) keçirilən bədii gimnastika üzrə Qran Pri yarışında çoxnövçülükdə bürünc medal qazanıb.

AzerTimes-ın məlumatına görə, Qran Pri 16-17 iyul tarixlərində keçirilir. Azərbaycanın yarışlardakı komandası Zeynəb Hümmətova, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina və Nərminə Səmədovadan ibarətdir.

Bürünc medal qazanan Azərbaycan komandası 87,600 xal toplayıb.

Birinci yeri 95,650 xalla İsrail komandası, ikinci yeri isə 91,450 xalla Ukrayna komandası tutublar.

Teqlər: