Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun qalibi müəyyənləşib.
AzerTimes xəbər verir ki, Azərbaycanı təmsil edən “Murov Az Terminal” turnirin qalibi olub.
Klub buna çempionluq matçında ev sahibi Türkiyənin “TVF Spor Lisesi SK” klubunu 15:10 hesabı ilə məğlub edərək nail olub.
Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə Azərbaycan təmsilçisi qələbə qazanıb. Kubokun qalibi isə qızıl setdə müəyyənləşib.
Qeyd edək ki, “Murov Az Terminal” çimərlik voleybolunda Azərbaycana CEV-in təşkilatçılığı ilə keçirilən yarışlarda ilk qızıl medalı qazandırıb.