Xəbər - Cani Babayeva – Trend:
Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının ikinci günündə qruplar (12-14 yaş) arasında finalçılar müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, Məryəm Topçubaşova, Fidan İbrahimova, Evelina Kozlovskaya , Leyla Əhmədova və Aylin Əliyevadan ibarət Azərbaycan komandası 17.450 xal yığaraq finala yüksəlib
Bundan başqa, finala rusiyalı (19.050 xal), bolqarıstanlı (18.200 xal), macarıstanlı (18.125 xal), ukraynalı (17.900 xal), portuqaliyalı (17.850 xal), litvalı (16.650 xal) və moldovalı (15.800 xal) qruplar finala çıxıb.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.
Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.
(Tərcümə: Orxan Nəbiyev)