Azərbaycan Respublikasının Əməkdar məşqçisi, uzun illər “Göyəzən” futbol klubunun prezidenti olmuş Mehdi Salmanov dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumata görə, AFFA rəhbərliyi bir müddət Qərb Regional Futbol Federasiyasının rəhbəri işləmiş M.Salmanovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.